Modern.az

Qərb mətbuatı Rusiyanın kürdlərlə ittifaqından, “Ərdoğanın kabusu”ndan YAZDI

 Qərb mətbuatı Rusiyanın kürdlərlə ittifaqından, “Ərdoğanın kabusu”ndan YAZDI

26 Dekabr 2015, 15:46


Almaniyanın “Tagesspiegel” jurnalı Rusiya-Türkiyə gərginliyi fonunda qabaran kürd amili haqda məqalə yazıb. Modern.az jurnala istinadən xəbər verir ki, “Rusiyanın kürdlərlə ittifaqı Türküyə üçün ölümcül təhlükə olacaq” başlıqlı yazıda regional proseslər təhlil olunub.

“Qonşularla sıfır problem” – bu baş nazir Əhməd Davudoğlunun 2009-cu ildə xarici işlər naziri təyin olunduğu vaxt elan etdiyi siyasi şüar idi. 6 il sonra o, baş nazir olduğu vaxt aydın olur ki, Türkiyənin qonşuları ilə münasibətləri sırf problemlədən ibarətdir və hətta İsrail və Misir kimi keçmiş müttəfiqlərlə də mübahisələr yaranır. Son vaxtlar Türkiyə Yaxın Şərqdə və Şimali Afrikada qalan nüfuzunu da itirib və özünü rəqiblərlə əhatələyib”.

“Tagedsspiegel”in fikrincə, Türkiyə regionda ən böyük təhlükənin İŞİD-dən deyil, Suriya kürdlərindən qaynaqlandığını düşünür.

“Ankara regionda ən real təhlükəni Suriya kürdlərində və onların siyasi qanadı - PKK ilə sıx əlaqələri olan “Demokratik İttifaq” təşkilatında görürlər. Türkiyənin cənub-şərqində hökumət qoşunları 2 həftədən artıqdır ki, kürdlərlə döyüşürlər. Son məlumatlara görə, Ankara kürdləri İŞİD-dən daha böyük təhlükə kimi görür”.

Rusiya ilə Türkliyə arasında son vaxtlar yaranmış gərginlik “Tagesspiegel”in fikrincə,  kürdlər üçün yeni fürsətlər yaradacaq.

“Ruisya ilə münaqişə fonunda kürd problemi Ankaraya çətinliklər vəd edir. “Demokratik ittifaq”ın silahlı qüvvələri İŞİD-ə qarşı uğurla mübarizə aparır və ruslar bu uğurları fiksə edirlər. Ötən həftə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov küdrlərin danışıqlar prosesindən kənarlaşdırılmasının mümkün olmadığını və əksinə, onların Yaxın Şərqdə terrorizmə qarşı ən effektli qüvvə olduğunu söyləmişdi.

“Ankara Rusiya ilə kürdlər arasında yeni siyasi alyansdan ehtiyat etməkdə haqlıdır. Əgər Moskva kürdlərə yardım etməyə qərar versə, Türkiyənin daxili problemləri yeni siyasi mərhələyə qalxacaq”- deyə jurnal sonda qeyd edir.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü