Modern.az

““Formula-1”ə qatılmaq Azərbaycan üçün çox tezdir” - AÇIQLAMA

““Formula-1”ə qatılmaq Azərbaycan üçün çox tezdir” - AÇIQLAMA

26 Dekabr 2015, 15:51

Modern.az xəbər verir ki, Azərbaycanı “Formula” yarışlarında təmsil edən Gülhüseyn Abdullayevin sözlərinə görə, gələn il Bakıda keçiriləcək “Formula-1” turniri çox şey vəd edir:

“Mən hazırda “Formula-3”də yarışıram. Düşünürəm ki, bizim üçün “Formula - 1” yarışlarına qatılmaq hələ çox tezdir. Bunun üçün öyrənmək, hazırlaşmaq lazımdır. Bundan sonra “Formula-1”  yarışlarında iştirak etməyə hazırlaşa bilərik”.  

Onun sözlərinə görə, “Formula-3”  yarışlarının yeni mövsümü  hələ başlamayıb: “Yeni mövsüm 2016-cı ilin aprelində başlayacaq. Hazırda İspaniyada qış testlərimizi bitiririk. Fevral ayındakı testlər bitdikdən sora yarışlar başlayacaq.  Bakıda keçirilən yarışlarda pilotlarla söhbət etmək növbəti şansdır. Bu yarışın treninqlərinə də qatılmaq istəyərdim”.


Emil Rasim

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü