Modern.az

Bülənt Qorxmazın komandasında üsyan: Futbolçular oyunları boykot etdilər

Bülənt Qorxmazın komandasında üsyan: Futbolçular oyunları boykot etdilər

26 Dekabr 2015, 18:07



Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray” klubunun əfsanəvi sabiq kapitanı Bülənt Qorxmazın baş məşqçisi olduğu “Mersin İdman Yurdu”nun futbolçuları qarşıdakı oyunlarda meydana çıxmaqdan imtina ediblər. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, adı çəkilən klub hazırda ciddi maliyyə problemləri yaşayır və futbolçularına ümumilikdə 2 milyon manatdan çox pul borcludur. Klubun yeni ilin sonlarında da maaşları verə bilməyəcəyini anlayan futbolçular başda kapitan sabiq “Qalatasaray”lı Sərvət Çətin olmaqla qarşıdakı oyunları boykot edəcəklərini bildiriblər.

Qeyd edək ki, futbolçular bir neçə gün sonra “Bursaspor”a qarşı oynanılacaq çempionat oyununda meydana çıxmayacaqlarını qətiləşdiriblər.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü