İrana səfərdən qayıdan sabiq deputat Nazim Məmmədov bu gün Astara Gömrük Məntəqəsindən keçən zaman süpriz hadisə ilə qarşılaşıb. Modern.az saytı xəbər verir ki, bu barədə Nazim Məmmədov öz feysbuk səhifəsində yazıb.
Sabiq deputatın sözlərinə görə, məntəqədə onun avtomobilinə baxış keçirəcəklərini bildiriblər: “Bu gün Astaradan keçəndə çox pis bir "sürprizlə" qarşılaşdım: Guya mənim idarə etdiyim avtomobil Gömrük Komitəsi tərəfindən "qırmızı xəttə" salınıb və X-ray (rentgen) olunmalıdır. Baxmayaraq zabitlər tanıyırdılar və özlərini narahat hiss edirdilər, ancaq Bakının göstərişidir deyə üzrhaqlıq da etdilər. Avtomobildən nə narkotika nə də silah çıxdı. Yəqin Gömrük Komitəsini çox tənqid etdiyimdən "heyf çıxarmaq" istədilər”.
Sonda sabiq millət vəkili yenə öz fikrində qaldığını vurğulayıb: “Monopoliya və Gömrük Komitəsi ləğv olunsun".
Modern.az