Modern.az

Arabaçı hüquq müdafiəçisinə şikayətlənib

 Arabaçı hüquq müdafiəçisinə şikayətlənib

26 Dekabr 2015, 22:27


“Sədərək ticarət Mərkəzində arabaçı işləyən bir şəxslər bu gün dialoqum oldu. Vəziyyəti ilə maraqlandım, necə dolanırsan deyə soruşdum. Dedi ki, gündəlik araba işlətmək üçün 10 manat pul istəyirlər. Dünən gündəlik ödəməni edə bilmədiyim üçün arabanı məndən aldılar”. Modern.az saytı xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Nazir Quliyev öz feysbuk səhifəsində yazıb.

N.Quliyevin sözlərinə görə, arabaçı bu gün tanış mağazalardan birindən araba götürdüyünü bildirib: “Düşündüm ki, 1-2 saat gizlicə işləyib evə çörəkpulu apara bilərəm. Deyir mühafizəçilər özümüz düzəltdiyim arabanı işlətməyə icazə vermirlər və onu tutduqda dərhal parça-parça edirlər. Ticarət Mərkəzinin gündəlik 10 manat aldığı arabanın düzəlmə xərci 90-100 manat edir. 10 günə xərci çıxan arabanı gündəlik 10 manat haqq almaqla işlətməyə vermək nə qədər doğrudur. Bazarda 200-dən çox arabanın işlədiyini nəzərə alsaq ay ərzində xeyli vəsait alınır. Heç bir xərc tələb etməyən arabalardan bu qədər gəlir götürməkdənsə imkan versinlər bu çətin zamanda insanlar evlərinə 1 tikə çörək pulu aparsınlar”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü