Modern.az

“ABŞ Azərbaycanla münasibətlərinə yüksək dəyər verir” - Robert Sekuta

 “ABŞ Azərbaycanla münasibətlərinə yüksək dəyər verir”  - Robert Sekuta

26 Dekabr 2015, 23:37


“Tam açıq söyləmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinə yüksək dəyər verir. Azərbaycanla güclü və müsbət münasibətlərimizin olması vacibdir. Bu münasibətləri saxlamaq və gücləndirmək üçün, tərəfdaşlığımızdan maksimum fayda almaq üçün narahatlıq doğuran məsələləri bir-birimizlə rahat müzakirə etməliyik. Hər iki tərəf, həmçinin dərk etməlidir ki, hətta razılıq olmayan məsələlərin müzakirəsində də qarşı tərəf münasibətlərə hörmət və xoş məramla yanaşaraq qarşılıqlı fayda əldə etmək istəyir”. Modern.az saytı xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Trend-ə müsahibəsində bildirib.

Səfir bildirib ki, Birləşmiş Ştatlar da daxil olmaqla, bütün ölkələr həm daxildə, həm də beynəlxalq müstəvidə mövcud olan məsələlərin açıq şəkildə müzakirəsini faydalı hesab edir: “Mən Azərbaycan rəsmiləri ilə görüşlərimə əsaslanaraq elə hesab edirəm ki, Azərbaycan tərəfi də eyni rəydədir. Bununla əlaqədar bir məsələni də vurğulamaq istəyirəm. Bu barədə siz hamınız dəfələrlə eşitmisiniz, lakin onu təkrarlamağa dəyər. Bizim Azərbaycanla əməkdaşlığımız genişdir, iqtisadi, təhlükəsizlik və əlbəttə, demokratiya maraqlarını əhatə edir. Mənim bu sahələri vurğulamağımın səbəbi ondan ibarətdir ki, Azərbaycan güclü olması üçün bütün bu sahələrdə güclü olmalıdır. Əvvəlki sualınızda ABŞ-ın milli təhlükəsizlik maraqlarını hallandırdınız. Qeyd etmək istəyirəm ki, Azərbaycanın güclü, sabit, demokratik, müstəqil və firavan dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır. Qeyri-müəyyənliklərlə üzləşən bölgədə bu amil xüsusi önəm daşıyır. Belə ki, biz bütün sahələrə dair əməkdaşlığımıza qatılırıq. Təhlükəsizlik sahəsində əməkdaşlığımız Azərbaycanın yaranan təhlükələrə qarşı daha möhkəm olmasında yardım edir və bu, bölgədə və bölgə xaricində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Güclü iqtisadiyyat güclü dövlətin təməlini təşkil edir. Bu sahədə Şərq-Qərb ticarət dəhlizinin canlandırılması üçün vacib olan nəqliyyat sektorunun inkişafı da daxil olmaqla, Azərbaycanın iqtisadi diversifikasiya səylərini dəstəkləyirik. Sözügedən səylərimizlə yanaşı, biz Azərbaycanla qanunun aliliyinin və demokratik təsisatlarının gücləndirilməsi sahəsində davamlı əməkdaşlıq edirik. Biz hökumətin sabitlik, firavanlıq və müstəqillik məqsədlərinin əldə olunmasında tərəfdaşlıq edən güclü vətəndaş cəmiyyətinin inkişafına dəstək veririk”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə toxunan səfir vurğulayıb ki, həmsədrlər prezidentlərin gələn ildə də görüşlərinin təşkil olunması istiqamətində işləyəcəklər: “Həmsədrlər xarici işlər nazirləri ilə birgə münaqişənin həllinə dair təkliflər, gərginliyin azaldılması və Dağlıq Qarabağ icmaları arasında dialoqun inkişafı proqramları kimi istiqamətlərdə fəaliyyəti davam etdirəcəklər. ABŞ-ın Azərbaycandakı səfiri kimi, mən həmsədrlərin tərəflərə münaqişənin həlli üçün göstərdikləri səyləri tam dəstəkləyirəm”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü