Modern.az

Xəzərdə itkin düşən neftçilərdən birinin cəsədi tapıldı - FOTO

Xəzərdə itkin düşən neftçilərdən birinin cəsədi tapıldı - FOTO

27 Dekabr 2015, 14:00

“Günəşli” yatağındakı qəza zamanı itkin düşən şəxslərdən olan Qasımov İman Şura oğlunun cəsədi aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərində tapılıb.

Bu barədə məlumatı Modern.az -a mərhumun oğlu Qasımov İslam verib.  

O deyib ki, 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb, cəsəd borta alınaraq “Türkmənbaşı” dəniz limanına aparılıb.  

Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib. 

Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin Azərbaycana gətirilməsi üçün hadisə yerinə yola düşüb.  

“Azneft” istehsalat birliyindəki Operativ Qərargah bu barədə İman Qasımovun ailəsinə məlumat verib.    

Cəsədin yaxın zamanlarda vətənə gətiriləcəyi deyilib.

Ağa Akifoğlu


Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü