Modern.az

Ramzan Kadırov azərbaycanlı döyüşçüyə “Mercedes” bağışlayıb - VİDEO

Ramzan Kadırov azərbaycanlı döyüşçüyə “Mercedes” bağışlayıb - VİDEO

27 Dekabr 2015, 15:50

Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü keçirib. Modern.az saytı xəbər verir ki, 4 ay aradan sonra yenidən rinqə çıxan həmyerlimiz ötən gecə Çeçenistanın Qroznı şəhərində keçirilən prinsipial döyüşdə 8 il əvvəl uduzduğu rəqibini məğlub edib.

"Qroznaya bitva - 13” adlı döyüş çərçivəsində Zabit Səmədov polşalı Pol Slovinski ilə qarşılaşıb. Bu rəqibi ilə ilk dəfə 8 il öncə - 2007-ci ilin iyununda Amsterdamda qarşılaşmış azərbaycanlı idmançı o zaman elə ilk raundda nokauta düşərək məğlub olmuşdu. 

Bu dəfə isə əksinə olub. Çeçenistanın "Axmat” klubunu təmsil edən Zabir 5 raundun sonunda qələbəni bayram edib. 

Çeçenistan dövlət başçısı Ramzan Kadırov isə Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və ona “Mercedes” markalı avtomobil hədiyyə edib.



Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü