Modern.az

Bakıda ətin qiyməti qalxdı

Bakıda ətin qiyməti qalxdı

27 Dekabr 2015, 16:04

Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar. Modern.az saytı xəbər verir ki, mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 1-2 manat qalxıb. Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma dalğası ilə əlaqələndiriblər.
Eyni zamanda bildiriblər ki, ətin bahalaşmasının bundan sonra da davam edəcəyi istisna deyil.
Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 7-8 manata, qoyun əti isə 9-11 manata satılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü