Modern.az

Qonşular arasında mübahisə ölümlə nəticələnib

Qonşular arasında mübahisə ölümlə nəticələnib

27 Dekabr 2015, 20:57


Bərdədə rayonun Ərəblər kəndində müəmmalı ölüm hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı "Report" Bərdə Rayon Prokurorluğuna istinadən məlumat verib.

Verilən məlumata görə, kənd sakini Muxtar Hüseynovla qonşusu Asif Mustafayev mübahisə edib. Davadan sonra 1953-cu il təvvəlütlü Asif Mustafayevin vəziyyəti qəflətən pisləşib və o keçinib.

Rayon prokurorluğu və polis əməkdaşları hadisənin baş verdiyi kəndə gediblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. 62 yaşlı kişinin hansı səbəbdən öldüyü isə aparılan araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda aradırma başlanıb.

  Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü