Modern.az

Bu həftə əfv sərəncamı imzalanacaq

Bu həftə əfv sərəncamı imzalanacaq

28 Dekabr 2015, 09:36


Bu həftə Prezident İlham Əliyev tərəfindən Yeni il bayramı və 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv sərəncamı imzalanacaq.

Modern.az saytı xəbər verir ki, artıq Əfv Məsələləri üzrə Dövlət Komissiyası öz işini yekunlaşdırıb. Yekun siyahı hazırlanaraq ölkə başçısı İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı sonuncu dəfə əfv sərəncamını bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalamış, 101 məhkum əfv olunmuşdu.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü