Dünyanın keçmiş “bir nömrəli terrorçusu” sayılan Üsamə bin Ladenin keçmiş mühafizəçisi Nasir ıl-Bahri ölüb.
Modern.az bildirir ki, BBC bu haqda özünün Yəmənin tibb dairələrindəki mənbələrinə istinadən məlumat yayıb. Keçmiş mühafizəçinin ölkənin cənubundakı Mukalla şəhərindəki hospitalda öldüyü bildirilir.
Ən tanınmış keçmiş terrorçunun mühafizəçisinin neçə yaşı olduğu dəqiq bilinmir, ancaq onun yaşının 40-dan çox olduğu ehtimal edilir.
Bahri Quantanamo həbsxanasından 2008-ci ildə buraxılaraq Yəmənə gəlib.
Modern.az