Modern.az

“İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

 “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək

28 Dekabr 2015, 10:48


Bakı Ali Neft Məktəbində (BANM) 2016-cı ildən başlayaraq tələbələr arasında hər il “İlin gənc tədqiqatçısı” müsabiqəsi keçiriləcək. BANM-dən Modern.az-a verilən məlumata görə, bu barədə BANM-in rəhbərliyi tərəfindən əmr imzalanıb və müsabiqənin təşkili ilə əlaqədar müvafiq əsasnamə təsdiq edilib.

“İlin gənc təqdiqatçısı” müsabiqəsi ildən-ilə  elmi  fəaliyyətə  qoşulan  tələbələrin  sayının artdığını nəzərə alaraq onların elmi fəaliyyətinin keyfiyyət göstəricilərini yüksəltmək və motivasiyasını gücləndirmək məqsədilə həyata keçiriləcək. Qeyd edək ki, hər tədris ilində elmi işə həvəs göstərən tələbələr Tələbə Elmi Cəmiyyəti xətti ilə planlı şəkildə müəllimlərdən tapşırıqlar alır, araşdırmalar aparır, nəticələri ənənəvi illik elmi-texniki konfranslarda məruzə edirlər. Sonda isə onların məruzələrinin tezisləri toplu şəkildə nəşr olunur.  

Hal-hazırda BANM-də mütəxəssis hazırlığı həyata keçirən kafedralar tərəfindən müsabiqənin təşkilinə dair müvafiq tədbirlər həyata keçirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü