Modern.az

Neftçi ilə vida mərasimi keçirilir – FOTO

Neftçi ilə vida mərasimi keçirilir – FOTO

28 Dekabr 2015, 11:08


“Günəşli” neft yatağındakı 10- cu platformasında dekabr ayının 5-də baş verən qəzada dənizdə itkin düşmüş Qasımov İmanın meyiti dünən Türkmənistanın Xəzərə aid olan hissəsində tapılıb.

Modern.az xəbər verir ki, neftçi İmanın meyiti ötən gün gecə saatlarında Azərbaycana gətirilib.   Artıq neftçinin cənazəsi SOCAR tərəfindən bu səhər saatlarında ailəsinə təhvil verilib.

Hal-hazırda mərhumla onun Lökbatandakı evində vida mərasimi keçirilir. Mərhumu son mənzilə yola salmağa onun yaxınları, əzizləri, SOCAR-ın əməkdaşları gəliblər.   Hal-hazırda mərhumun meyiti Lökbatandakı Cümə Məscidinə aparılıb.  

İmanın Qardaşı Səmədin sözlərinə görə artıq gecədən çadır qurulub və bütün yaxın qohumlara xəbər verilib.


 

Ağa Akifoğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü