Modern.az

İtkin neftçilərin axtarışına ailələri də cəlb olundu

İtkin neftçilərin axtarışına ailələri də cəlb olundu

28 Dekabr 2015, 11:36

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dekabr 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

Modern.az saytı xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti bildirib.

Dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində 22 neftçi itkin düşüb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü