Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib. Qanun layihəsi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlanır.
Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında sərt şəkildə tənqid edilib.
Aytən ZƏHRA