Modern.az

“Özəl universitetlər manatın ucuzlaşmasına görə bağlanmayacaq”

“Özəl universitetlər manatın ucuzlaşmasına görə bağlanmayacaq”

28 Dekabr 2015, 15:46


Mərkəzi Bankın manatın “üzən məzənnə” siyasətinə keçməsi ilə bağlı qərarından sonra manatın növbəti dəfə ucuzlaşması bahalaşma ilə nəticələndi. Bu səbəbdən təhsil sahəsində də ödəniş haqlarının artacağı ilə bağlı məlumatlar yayılmağa başlayır. Düzdür, ölkədəki ali təhsil müəssisələri bunu inkar etsə də, baş verən proseslər gələn il üçün təhsil haqlarında artımın olacağını açıq-aşkar göstərir.

Bundan əlavə, indiki vəziyyətin özəl ali təhsil müəssisələrinə də təsirsiz ötüşməyəcəyi deyilir. Qeyd edilir ki, onsuz da çətin vəziyyətdə olan ailələrin təhsil haqlarını ödəyə bilməməsi özəl ali təhsil müəssisələrinin fəaliyyətində çətinlik yaradacaq və onların bəziləri bağlanmaq təhlükəsi ilə üzləşəcək.

Təhsil eksperti Əjdər Ağayev Modern.az-a bildirib ki, mövcud vəziyyət özəl universitetlər üçün bağlanma təhlükəsi yaratmır:
“Ölkədə yaranan vəziyyət hamıya aiddir, burada yalnız soyuqqanlı, dözümlü olmaq və yardımçı təsirlər axtarıb tapmaq lazımdır. Çünki bu dövlət səviyyəsində olan işdir. Dövlət tədricən bununla bağlı hansısa yollar tapacaq və o zaman müəyyən təsirlər olacaq. Burada əsas məsələ həyat şəraitinin çətinliyidir. Ondan sonra təhsil və başqaları gəlir. Ona görə dövlətin və universitetin elə bir imkanı yoxdur ki, nəyisə kiməsə güzəşt etsin”.

Əjdər Ağayev qeyd edib ki, manatın devalvasiyası özəl universitetlərin xərclərini azaltmasına təsir edə bilər: “Özəl universitetlərin xərcləri var. Məsələn, 100 ədəd komputer, 30 min civarinda elektron lövhə alır. Bu xərclər azalacaq. Ancaq indiki vəziyyətin özəl universitetlərin bağlanmasına təsiri olmayacaq”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!