Modern.az

Erməni hakerlər Milli Məclisin saytını sındırmayıblar - AÇIQLAMA

Erməni hakerlər Milli Məclisin saytını sındırmayıblar - AÇIQLAMA

28 Dekabr 2015, 16:35


Milli Məclisin saytının erməni hakerlərinin dağıtmasına rəsmi münasibət bildirilib.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a deyib ki, dünən Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” haker qrupu tərəfindən Milli Məclisini saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb:

“Əslində həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilən müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyiblər. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib”.

Akif Təvəkküloğlu qeyd edib ki, onların həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşını almağa imkan verir: “Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər hansı təsir göstərmək mümkün deyil”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü