Modern.az

Həlak olmuş neftçilərin ailələrinə əlavə 5 min manat pul ayrıldı

Həlak olmuş neftçilərin ailələrinə əlavə 5 min manat pul ayrıldı

28 Dekabr 2015, 17:27


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə beş min manat məbləğində birdəfəlik maddi yardım ayırıb.

SOCAR-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə Dövlət Neft Şirkəti də işçilərin ailələrinə birdəfəlik maddi yardım ayırıb.

Şirkətin prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü