Keçmiş döyüşçülər müavinətlərini ala bilmirlər. Bu haqda Modern.az saytına Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin üzvü Vaqif Əlisoy məlumat verib.
O qeyd edib ki, hər ayın 17-si, yaxud 18-də dövlət tərəfindən müəyyən edilən 45 manat müavinət karta köçürülürdü: “Dekabra qədər həmişə müavinətləri vaxtından əvvəl almışıq. Bu ay isə həmin pulu ala bilmirik. Suraxanı rayonundakı şöbənin 012 452 04 08 nömrəli telefonuna zəng vuranda hər zaman cavab verirdilər, amma bir həftədir dəstəyi qaldıran da yoxdur.
Maliyyə Nazirliyindən də konkret cavab ala bilmirik. Bircə sualımız var: “Respublika üzrə veteranların 45 manat müavinəti niyə ödənilmir?” Onsuz da pul dəyərdən düşüb, heç olmasa onu versinlər, camaat bayramqabağı bir tikə çörəyini alsın”.
Gülşən RAUFQIZI