Modern.az

“Azərbaycanda yeni “beyin axını” başlaya bilər”

“Azərbaycanda yeni “beyin axını” başlaya bilər”

28 Dekabr 2015, 17:51

1990-cı illərin əvvəllərində Azərbaycanda iqtisadi durum ağırlaşanda həddindən artıq az maaş alan elm adamları xarici ölkələrə axın etdilər. O zaman müxtəlif elm adamları Rusiya, Türkiyə, Ukrayna və Avropanın müxtəlif universitetlərinə üz tutdular. Onların bəziləri 3-4 ildən sonra qayıtsa da, bəziləri orada qalmağa üstünlük verdi. Professorlar Elyaz Babayev, Vəli Şahmurov, Məsud Əfəndiyev, Elman Həsənoğlu, Bəxtiyar Siracov, Azər Kərimov, Qərib Mürşüdov və başqalarını misal göstərmək olar. Aralarında bu alimlərin də yer aldığı “beyin axını” sonradan elmimizə mənfi təsirini də göstərdi.

Hazırda iqtisadi durum yenidən ağırlaşıb. Artıq neft dayanmadan ucuzlaşır, manat dəyərdən düşür, inflyasiya artır. Belə olan halda onsuz da çox maaş almayan alimlər “beyin axının”nın ikinci dalğasını hərəkətə gətirə bilərmi?

Təhsil eksperti, Milli Məclisin Elm və təhsil komissiyasının sabiq sədri, professor Şahlar Əsgərov Modern.az saytına açıqlamasında “beyin axını”nın yenidən yaşana biləcəyini istisna etmir. Onun sözlərinə görə, vəziyyət ağırlaşarsa, bu, baş verə bilər:

“İntellektual sahənin adamları özlərini realizə ütmək istəyirlər. Məsələn, əgər bizdə Opera Teatrı olmasaydı, opera müğənnisi özünü reallaşdırmaq üçün bu cür imkanları olan başqa şəhərə gedib özünü göstərmək istəyərdi. Alimlər də bu qəbildən olan insanlardır. Alimlər onlara qismət olan ömür müddətində potensiallarını həyata keçirmək istəyirlər. Təbii ki, o, elmlə məşğul olmasına şərait yaradılan ölkəyə getməlidir. 1990-cı illərin əvvəllərində ölkədən xeyli sayda alim getdi. Yəni “beyin axını” yaşandı.  Amma onların bir qismi sonradan qayıtdı. Güman etmək olar ki, əgər iqtisadi vəziyyət ağırlaşarsa, yenə də “beyin axını” baş versin. Amma bundan qorxmaq lazım deyil. Çünki onlar gedib yenə də qayıda bilərlər”.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü