Təhsil naziri Mikayıl Cabbarovun dekabrın 28-də imzaladığı əmrə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.
Modern.az saytının məlumatına görə, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.
Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.
Modern.az