Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir? - Tərcümeyi-hal

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir? - Tərcümeyi-hal

28 Dekabr 2015, 18:37

Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarovun dekabrın 28-də imzaladığı əmrə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.

Modern.az saytı BŞTİ-nin yeni müdirinin tərcümeyi-halını təqdim edir.

Məhəbbət Məhərrəm qızı Vəliyeva 04.09.1968-ci il tarixində doğulub. M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutuni bitirib.

Rus dili və ədəbiyyatı müəllimi ixtisasına malikdir.

1991-2003-cü illərdə Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib.

2003-2008-ci illərdə “XXI” əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru olub.

2014-cü il 5 dekabrdan bu günə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyirdi. 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü