Modern.az

Xalq artistinin səhhətində problem yaranıb

 Xalq artistinin səhhətində problem yaranıb

28 Dekabr 2015, 20:24


Xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin səhhətində problemlər yaranıb. Modern.az saytı xəbər verir ki, bu barədə publika.az-a diktor özü açıqlama verib:  “Qəfildən mədəmdə ağrılar yarandı və xəstəxanaya getməli oldum. Həkimlər mədəmdə yara olduğunu söylədilər. Xəstəxanada qalmaq istəmədim. Hazırda ev şəraitində müalicə olunuram. Dava-dərman qəbul edirəm, pəhriz saxlayıram. Bilmirəm, necə olacaq, amma müalicə səhhətimə müsbət təsir göstərmir. Günü-gündən arıqlayıram, geri gedirəm”.

Xalq artisti səhhəti ilə əlaqədar işə də çıxmır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü