Modern.az

Ucarda ticarət mərkəzində yanğın olub

 Ucarda ticarət mərkəzində yanğın olub

29 Dekabr 2015, 00:35


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, Ucar şəhərində ümumi sahəsi 10000 kv.m olan ticarət mərkəzində yanğın olub. Belə ki, sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü