Modern.az

Bomba xəbəri yalan cıxdı

  Bomba xəbəri yalan cıxdı

29 Dekabr 2015, 00:51


Azərbaycan Beynəlxalq Bankının Quba filialına bomba qoyulması barədə məlumat yalandır.  Modern.az saytı xəbər verir ki, bu barədə Anspress-ə Quba rayon poils idarəsindən məlumat verilib. Faktı Quba Rayon İcra Hakimiyyətinin birinci müavini, rayon fövqəlada hallar komissiyasının sədri Yusif Abidov da təsdiqləyib.

Onun sözlərinə görə, Beynəlxalq Bankın filialı nəzarət altındadır. Filial artıq normal iş rejiminə qayıdıb. Əraziyə xüsusi minaaxtaran qüvvələr və əlavə polis gətirilib. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb. Hazırda polis araşdırmaları davam etdirir. Zəngin haradan və kim tərəfindən daxil olduğu araşdırılır.

Qeyd edək ki, naməlum şəxs bombanın saat 15:00-da partlayacağını bildirib. Bu haqda bankın Bakıdakı mərkəzi ofisinə məlumat daxil olub.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dərhal bankın ofisini nəzarətə götürüb, işçilər təxliyyə edilib, hazırda əməliyyat tədbirləri davam etdirilir. İlkin məlumata görə, bomba haqda məlumat öz təsdiqini tapmayıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü