Modern.az

Aygün Kazımova: “Milli həndbol yığmamızım kapitanı olmuşam”

Aygün Kazımova: “Milli həndbol yığmamızım kapitanı olmuşam”

29 Dekabr 2015, 10:00


Modern
.az xəbər verir ki, xalq artisti Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb.

Mükafatı təqdim edən AGF-nin baş katibi Əjdər Həmidov xalq artistinin Naxçıvanda keçirilən Heydər Əliyev adına beynəlxalq turnirdə iştirakını xüsusilə vurğulayıb.

Fəxri diploma layiq görülən Aygün Kazımova bu diplomun onun üçün çox dəyərli olduğunu bildirib: 

“Heç vaxt nəyinsə naminə iş görməmişəm. Mən son nəfəsimə qədər Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılarımıza dəstəyəm. Naxçıvanda keçiriləcək Heydər Əliyev adına kubok uğrunda yarışın olacağını eşidəndə, Türkiyə layihəmi təxirə saldım. Mən özüm idmançı olmuşam. Milli həndbol yığmamızım kapitanı olmuşam. İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bütün layihələrimi təxirə salmağa hazıram. Təki idmançılarımıza dəstək olum”.





Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü