Modern.az

Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı yaradılıb.

Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı yaradılıb.

29 Dekabr 2015, 10:17



Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,15 ildir fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı öz işinə başlayıb. 

Saytın köhnə domeni (vakmos.org), loqosu  və rəngi saxlanılsa da, sayt indi müasirlik və yığcamlılıq baxımından  daha fərqli görünür.  Saytın yeni versiyası mobil cihazlar üçün daha optimaldır. Regionlardakı diaspor nümayəndələrinin saytın köhnə versiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, saytda Rusiya Federasiyasının regionlarından olan xəbərlərə daha geniş yer ayrılıb.

Yeni  saytda ÜAK haqqında ətraflı məlumat, yaradılma  tarixi, idarəetmə orqanları, və fəaliyyət istiqamətləri barədə məlumat tapmaq, həmçinin,  “Azərbaycan Konqresi” qəzetinin  bütün nəşrlərinin buradan oxumaq mümkündür.   Saytın "Bizə Yazırlar"  bölməsində hər kəs öz problemləri barədə  ÜAK-a müraciət ünvanlaya, hüquqi məsləhət ala  bilər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü