Köhnə ilin başa çatmasına sayılı günlər qalıb. Əvvəlki illərin əhval-ruhiyyəsi olmasa da, insanlar mümkün qədər bayram tədarükü görürlər. Maraqlıdır, bəs telekanallar 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hansı proqramlar təqdim edəcək?
Modern.az bu suala yerli televiziyalardan cavab istəyib.
Ictimai Televiziyadan verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə efirə gedəcək proqramların hazırlıqları başa çatdırılıb.
“İctimai Televiziya Yeni ildə efirə gedəcək bəzi proqramlar hazırlayıb. Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunan “Ortaq məxrəc” və “Telemizan” (Zeynəb Xanlarova ilə görüş) dekabrın 28-də yayımlanıb, “Aktual mövzu” proqramı ayın 30-da efirə veriləcək. 31 dekabr və 1 yanvarda “Yeni iliniz mübarək” (tanınmış sənət adamları iştirak edəcək) və uşaqlar üçün iki hissəli konsert proqramı efirə gedəcək. Bu proqramlar Yeni il üçün nəzərdə tutulub. İctimai TV ənənəsinə uyğun olaraq, Avstriyanın paytaxtı Vyanadan “Flarmonik orkestra”nın konsertini yayımlayacaq. Birinci Avropa Oyunlarına həsr olunan “Alovlan doğma məşəlim” telefilmi 31 dekabrda tamaşaçılara təqdim olunacaq.
“Həftənin yekunu” (siyasi-ictimai proqram) ilin yekunlarına həsr olunacaq. İlin sonunda sənət adamlarına həsr olunmuş portret filmlər yayımlanacaq”.
Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin İctimai-siyasi verlişlər departametinin rəhbəri Vaqif Aydınoğlu:
“31 debarda saat21:00-da ATV kanalında Yeni il şənliyinə və Dünya Azərbaycalılarının Həmrəyliyi Gününə həsr olunmuş praqram start götürəcək. Proqrama şou səhnəcikləri göstəriləcək və bu verilişə tanımış müğənnilər, aktyorlar dəvətlidir”.
Emil Rasim