Modern.az

“Gələn ilin martında pullu təhsil alan tələbələrin ödənişlərinə baxılacaq”

“Gələn ilin martında pullu təhsil alan tələbələrin ödənişlərinə baxılacaq”

Təhsil

29 Dekabr 2015, 12:48


“Dolların bahalaşması ilə əlaqədar pullu təhsil alan tələbələrin ödənişlərinə 2016-cı ilin mart ayında baxılacaq”.
 Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev ilin yekununa aid mətbuat konfransında deyib. O, bildirib ki, manatın dollar qarşısında dəyərdən düşməsi təhsil haqlarının artırılmasını hələ ki gündəmə gətirməyib.
“Bu məsələyə nazirlikdə baxılacaq və analiz olunacaq. Hələ ki məsələ gündəmdə deyil. 2016-cl ilin mart ayında bu məsələyə qayıdılacaq”.

Mətbuat konfransında nazirliyin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev qeyd edib ki, sınaq qiymətləndirməsindən keçən daha 9 rayon və 3 şəhərin müəllimlərinin əmək haqları 2016-cı il yanvar ayının 1-dən artırılacaq
O bildirib ki, müəllimlərin maaşının dəqiq rəqəmlərlə artımı müəllimin onların stajindan aslı olacaq.

Aytən ZƏHRA


 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!