Modern.az

“Amerikaya qarşı kampaniya aparmaq düzgün deyil”

“Amerikaya qarşı kampaniya aparmaq düzgün deyil”

Təhsil

29 Dekabr 2015, 13:43


Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ əleyhinə kampaniya aparılmasına etiraz edib.

Modern.az xəbər verir ki, Siyavuş Novruzov deputat həmkarı Rövşən Rzayevin ABŞ əleyhinə hazırladığı qanun layihəsini dəstəklədiyini deyib.

Bununla yanaşı, o, Amerikaya qarşı təbliğatın aparılmasının düzgün olmadığını bildirib.

“ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var. Azərbaycan bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Ancaq bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu isə düzgün deyil”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rövşən Rzayevin layihəsi hökumətin, parlamentin mövqeyini ifadə etmir.

“Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə belə bir layihəylə çıxış edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var. Kimsə Kris Smitin layihəsini ABŞ-ın mövqeyi kimi qələmə verirsə, bu, səhvdir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!