Modern.az

Zahid Oruc Yevda Abramovla “atışdı”

Zahid Oruc Yevda Abramovla “atışdı”

Təhsil

29 Dekabr 2015, 13:58


Bu gün Milli Məclisin son iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Orucla həmkarı Yevda Abramov arasında mübahisə baş verib.  

Modern.az xəbər verir ki, Yevda Abramov Zahid Oruca replika atıb. Z. Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq "Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir..."- deyib.  

Onu qeyd edək ki, parlamentin bundan öncəki iclasında da Y. Abramov Z. Orucun çıxışı zamanı "söz verilir Zahid Oruca"-deyə, yerdən replika atmışdı.

Aytən Zəhra

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!