Modern.az

Ermənistan hökuməti ixtisarlar aparacaq

Ermənistan hökuməti ixtisarlar aparacaq

Təhsil

29 Dekabr 2015, 16:42


Ermənistan hökuməti dövlət aparatında ixtisarlar aparmaq üçün addımlar atacaq.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ovik Abramyan jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı bildirib ki, dövlət aparatının optimallaşdırılması istiqamətində addımlar atılacaq və 2016-cı ildə yeni yanaşmalar tətbiq ediləcək.  

“Yeni tələblər irəli sürüləcək, xərclər azaldılacaq. Bizim hamımız xərcləri məhsuldar şəkildə həyata keçirmək niyyətindəyik”.   Bununla yanaşı o, hansı nazirliklərdə ixtisarların olacağını deməyib.

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!