Modern.az

“CinemaPlus”dan uşaqlara Yeni il sürprizi

“CinemaPlus”dan uşaqlara Yeni il sürprizi

Təhsil

29 Dekabr 2015, 15:03


Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” uşaqlar üçün bayram təşkil etmək qərarına gəlib. Belə ki, bayram günlərində kinoteatr 3 cizgi film nümayişlərini ailəvi baxışlar üçün təşkil edəcək. Cizgi filmlər bütün gün ərzində nümayiş olunacaq.

“Balaca Şahzadə” cizgi filmində dünyanı fantaziyasız və əhvalatsız təsəvvür etmək mümkün deyil. Hər halda bu cür təzəcə qonşuluğuna gözəl bir qadın köçmüş yaşlı aviator düşünür.

“Snupi və xırda yekəqarın” cizgi filmində Snupi ən qəşəng it sayılır, həm də əsas şər qüvvə olan “Qırmızı Baron”un iziylə düşən  peşəkar pilotdur. Məhz həmin vaxt onun dostu olan Çarli Braunun başına əhvalatlar gəlir.

“Şahzadə İvan və Boz qurd 3” cizgi filmində hökmdar öz səhhətini kənddə, balıq tutmaqla bərpa edərkən, artıq tanınmış qruplaşma İvan, onun gözəl həyat yoldaşı Vasilisa və ev heyvanları canavar və pişik dünya turuna çıxırlar. Baxçada isə əsas cavabdeh kimi saxlanılan Puqalo ona verilmiş səlahiyyətlərdən istifadə edərək, öz qaydalarını tətbiq etməyə başlayır.

Əziz valideynlər. Uşaqlarınızı bu bayram günlərində sevindirməyə tələsin.

Biletləri kinoteatrın kassalarından, rəsmi elektron ünvanlndan www.cinemaplus.az, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək ala bilərsiniz.

“CinemaPlus” kinoteatrı sizi hər zaman kino aləmində baş verən yeniliklər ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdı.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!