Modern.az

Mixail Zabelin Rusiya-Türkiyə gərginliyindən DANIŞDI: “Azərbaycan çətin vəziyyətdə qaldı”

Mixail Zabelin Rusiya-Türkiyə gərginliyindən DANIŞDI: “Azərbaycan çətin vəziyyətdə qaldı”

Təhsil

29 Dekabr 2015, 17:19

Azərbaycan parlamentinin rus əsilli deputat, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə toxunub. Modern.az-a açıqlama verən deputatın fikrincə, Azərbaycan iki ölkə arasında münasibətlərin nizama salınmasında faydalı rol oynaya bilər. O qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərində ciddi gərginliyin olması bizi narahat etməməlidir.

“Düzdür, biz də iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasında, ortaq nöqtələrin tapılmasında iştirak etmişik. Amma təəssüf ki, dünyada baş verən proseslər, tərəflərdən birinin səhv hərəkəti bütün münasibətlərə xətt çəkdi”.

Mixail Zabelin bildirib ki, iki ölkə arasında yaranan gərginlikdə Azərbaycan çətin vəziyyətdə qaldı: “Bir tərəfdə dost münasibətlərdə olduğumuz Rusiya, digər tərəfdən qardaş Türkiyə dövləti yer aldı.

İnanıram ki, Azərbaycan rəhbərliyi, o cümlədən prezident İlham Əliyev Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün əlindən gələni edəcək. Bunun üçün bütün vasitələr – siyasi, iqtisadi, mədəni və s. var. Gəlin irəli qaçmayayaq, amma prezident İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya ilə Türkiyə arasında münasibtlərin bərpasına çağırış ediblər. Ölkəmizin bu məsəldə iştirak müsbət effekt verəcək”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!