Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yaxın günlərdə ölkəyə geri dönəcək.
Bu barədə ADR Hərəkatının sədrinin birinci müavini Vurğun Əyyub Modern.az saytına açıqlama verib.Vurğun Əyyub onu da qeyd edib ki, ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət üçün hazırlıqlar gedir:
“Artıq sənədlər də hazırdır. Yalnızca Qubad bəyin geri qayıtması məsələsi qalıb. O da ölkədə olmadığından bu proses bir qədər ləngiyir. Amma yaxın günlərdə Qubad bəyin ölkəyə qayıtması gözlənilir”.
Qeyd edək ki, Qubad İbadoğlu bu ilin mart ayında ABŞ-a gedib.
Vüsalə Qəzənfərqızı