Modern.az

Dərbənddə istirahət edənləri İŞİD-çilər güllələyib

Dərbənddə istirahət edənləri İŞİD-çilər güllələyib

30 Dekabr 2015, 13:29

Dərbənddəki Narın-Qalada istirahət edənlərin güllələnməsinə görə “İraq-Şam İslam Dövləti” (İŞİD) ekstremistlərinə sadiqlik andı içən “Cənub” terror qruplaşmasının yaraqlıları şübhəli bilinirlər. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Qalaya iki, yaxud üç qruplaşma üzvünün hücum etdiyi ehtimal edilir. Adıçələn qruplaşma İŞİD-ə sadiqlik andını bu ilin yayında elan edib. Bu dəstəyə 2013-cü ildən gizli fəaliyyətə keçən 30 yaşlı Abutdin Xanmaqomedov başçılıq edir. O 2001-ci ildə Dərbənddə orta məktəbi bitirərək Dağıstan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunsa da, təhsilini başa vura bilməyib.

Məlumatda qeyd edilir ki, Xanmaqomedovun avtomobili Tabasaran rayonunun Xuçni yaşayış məntəqəsində terror törədilməsi üçün istifadə edilib. Yaraqlı federal axtarışdadır.

Dekabrın 30-na keçən gecə naməlum şəxslər Narın-Qalada istirahət edənlərə atəş açıblar. Nəticədə bir nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlər alıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!