Modern.az

“Azdrama”da aktyorlar sevinc içində: “Direktordan qurtulduq”

“Azdrama”da aktyorlar sevinc içində: “Direktordan qurtulduq”

30 Dekabr 2015, 13:43


Akademik Milli Dram Teatrının aktyorları əməkdar artist Füzuli Hüseynov və aktyor Elnur Qədirov özlərinin “feysbuk” səhifələrində çalışdıqları teatrın xilas olunması ilə bağlı status yazaraq sevinclərini bildiriblər.

Modern.az xəbər verir ki, burada söhbət teatrın direktoru  İsrafil İsrafilovun Mədəniyyət  və Turizm Nazirliyi ilə imzaladığı müqavilənin sona çatmasından gedir. İ.İsrafilovun teatrın direktoru kimi fəaliyyət müddəti müqaviləyə əsasən bu gün başa çatır.

Onun müqaviləsinin uzadılıb-uzadılmaması isə bu günlərdə bilinəcək. Əməkdar artist Füzuli Hüseynov Modern.az-ın bununla bağlı ünvanlandığı sualına sabah dəqiq cavab verilə biləcəyini qeyd edib.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!