Modern.az

TÜRKSOY Qənirə Paşayevanı mükafatlandırdı

TÜRKSOY Qənirə Paşayevanı mükafatlandırdı

30 Dekabr 2015, 13:50

Millət vəkili Qənirə Paşayeva Türk dünyasına xidmətlərindən dolayı TÜRKSOY tərəfindən medala layiq görülüb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalı millət vəkilinə təqdim edərkən deyib ki, Q.Paşayeva Türk dünyasının birliyi, bərabərliyi, bir-birini yaxından tanıması və sahiblənməsi üçün aktiv çalışmaqla bərabər Türk dövlət və toplumlarındda baş verən hadisələrə hər zaman həssas münasibət göstərir, iştirak etdiyi beynəlxalq təşkilat və platformalarda bütün Türk dünyasının səsi olmağa çalışır və TÜRKSOY-un fəaliyyətlərini hər zaman ciddi şəkildə dəstəkləyir, onun fəaliyyətinin güclənməsi istiqamətində fəal çalışır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Q.Paşayeva bu istiqamətdə fəaliyyətində daha da böyük uğurlar diləyərək, bundan sonra da təşkilatın bir elçisi kimi daha da səylə çalışacağınıza inandığını deyib.

Millət vəkili Q.Paşayeva TÜRKSOY-a, üzvlərinə, baş katibi Düsen Kaseinova təşəkkür edərək hər zaman bu təşkilatın könüllü elçisi olmaqdan qürur duyduğunu   deyib. Q. Paşayeva bütün Türk dünyasını TÜRKSOY-a daha da çox dəstək göstərməyə çağıraraq, “bu təşkilatın fəaliyyətinin daha da güclənməsi hamımız üçün vacibdir” deyib.

Görüş və medalın təqdimatı zamanı TÜRKSOY-un 2016-ci ildə planlaşdırdığı önəmli layihələr ətrafında fikir mübadiləsi ilə yanaşı, bir sıra Türk toplumlarının üzləşdiyi ağrı-acılardan da danışılıb.


Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?