Modern.az

Ukraynada öldürülən rus millətçi gizli dəfn edildi

Ukraynada öldürülən rus millətçi gizli dəfn edildi

30 Dekabr 2015, 14:38


Ukraynada “Azov” alayının 2-ci minaatanlar taqımının komandiri kimi vuruşan rusiyalı Novosibirskdəki qəbiristanlıqlardan birində dəfn edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Ukrayna Milli Qvardiyasındakı mənbə məlumat verib.

Beləliklə, Ratibor ləqəbi ilə tanınan “azov”un döyüşçüsünün vəsiyyəti yerinə yetirilib. Həmin mənbənin sözlərinə görə, məhv edilən komandirin meyiti bütpərəst olduğu üçün yandırılıb. Onun nəşi Ukraynadan Qazaxıstan vasitəsilə gətirilib və elə orada da yandırılıb. Kül olan qutu Novosibirskin ən məşhur Zaeltsovski qəbiristanlığında valideynlərinin iştirakı ilə dəfn edilib. Orada yalnız tanınmış adamları dəfn edirlər.

Millətçi Ratibor Ukraynanın Şirokino qəsəbəsində döyüşüb. O, başından ağır qəlpə yaraları alıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?