Modern.az

Sabahın hava PROQNOZU - Bakıya qar yağacaq

Sabahın hava PROQNOZU - Bakıya qar yağacaq

30 Dekabr 2015, 15:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara  keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.  
Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə  yaxın,  Bakıda gecə və gündüz 3-5 dərəcə isti,  axşama doğru  0 dərəcəyə  yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar  yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!