Modern.az

Maşallah Əhmədov həbsdən buraxıldı

Maşallah Əhmədov həbsdən buraxıldı

30 Dekabr 2015, 15:46

Binəqədi rayon Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun ev dustaqlığına buraxılmaqla bağlı şikayətinə baxılıb.

Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə şikayəti təmin edib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. M. Əhmədov azadlığa buraxılıb.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!