Azərbaycanın xaricdəki, xüsusilə Latın Amerikası və Afrika ölkələrində açılan səfirliklərinin bağlanması, bəzilərinin isə birləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Modern.az saytı "Gun.az"ın yaydığı məlumatı dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytının sorğusuna verdiyi cavabda xəbəri qismən təsdiq edib. O bildirib ki, hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələ də ciddi şəkildə hökumət tərəfindən nəzərdən keçirilir.
Emil Rasim