Modern.az

Türkiyədə baş nazir müxalifət lideri ilə görüşdü

Türkiyədə baş nazir müxalifət lideri ilə görüşdü

30 Dekabr 2015, 16:30



Baş nazir Əhməd Davutoğlu yeni Konstitusiya ilə bağlı məsləhətləşmələr üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşür. Modern.az Türkiyə mediasına istinadən bildirir ki,  Əhməd Davutoğlu bu məqsədlə yerli vaxtla saat 13:00-da TBMM-yə gəlib.

Daha əvvəl məclisdə qrupu olan partiya liderlərindən yeni konstitusiya, büdcə, islahatlar və digər məsələləri qiymətləndirmək üçün görüş tələb edən Davutoğlu ilk olaraq CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.

Baş nazir Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri  yanvarın 4-də görüşəcək. Əhməd Davutoğlunun Xalqların Demokratik Partiyasının (HDP) lideri Selahaddin Demirtaşla görüşü isə ləğv edilmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!