Modern.az

Cavid Qurbanov 73 dəmiryolçuya yeni mənzil verdi

Cavid Qurbanov 73 dəmiryolçuya yeni mənzil verdi

30 Dekabr 2015, 16:35



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş yığıncaq keçirilib. Bu haqda Modern.az saytına məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov il ərzində prezident İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarları, bir qrup gənc dəmiryolçuya YAP-ın üzvlük bileti təqdim olunub.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?