Modern.az

Rauf Mirqədirovla bağlı BƏYANAT verildi

Rauf Mirqədirovla bağlı BƏYANAT verildi

30 Dekabr 2015, 16:49

Azərbaycan Milli İstiqlal Partiyası tanınmış yazar, əməkdar jurnalist Rauf Mirqədirovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr tarixli hökmünü sifarişli, ədalətsiz, qeyri-obyektiv hesab edir və hökmün reallığı əks etdirmədiyini bəyan edir. 

“Ötən ilin 19 aprel tarixində həbs edilən jurnalistə qarşı irəli sürülmüş absurd ittihamlar nə istintaqla, nə də məhkəmə baxışı zamanı şahid ifadələri və digər hallarla öz təsdiqini tapmıb və heç bir əsaslı dəlil, fakt, sübut ortaya qoyulmayıb. Xüsusilə də həbsdən sonra ötən dövr ərzində ittihamları irəli sürən orqanda baş verən dövləti cinayətlərin ictimailəşməsi irəli sürülən ittihamların əsaslılığına ciddi şübhə yaradıb. Bütün bunlara baxmayaraq Rauf Mirqədirovun azadlıqdan məhrum edilməsi mətbuata, azad sözə və ölkənin imicinə vurulmuş ciddi zərbədir”,-deyə AMİP bəyan edib.

Partiya Azərbaycanın müstəqilliyinin əldə olunmasında və ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan, “Əməkdar jurnalist” adına layiq görülmüş Rauf Mirqədirova qarşı irəli sürülmüş ittihamlara inanmadığını xüsusi vurğulamaqla yanaşı, yuxarı məhkəmə instansiyaları tərəfindən verilmiş hökmün ləğv ediləcəyinə və jurnalistə  bəraət veriləcəyinə ümid etdiyini bildirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!