Modern.az

Lukaşenko Belarusu dünyanın ən sülhsevər ölkəsi hesab edir

Lukaşenko Belarusu dünyanın ən sülhsevər ölkəsi hesab edir

30 Dekabr 2015, 17:52


Belarus həmişə münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu ölkənin prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim mövqeyimizi alqışlamaq lazımdır, ona görə ki, Belarus, ölkə rəhbərliyi  hər yerdə və həmişə sülh tərəfdarı kimi çıxış edir. Bizim üçün müharibə, hər hansı münaqişə - istər Ukrayna, Suriya, istərsə də Liviya və İraqda olsun – yolverilməzdir”, - Lukaşenko qeyd edib.
O eyni zamanda qeyd edib ki, bu münaqişələrin həllində Belarusun rolu artırılmalıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!