Venesuelada yola saldığımız 2015-ci ildə hər 100 min nəfər əhaliyə nisbətdə 90 qətl hadisəsi baş verib ki, bu da rekord göstəricidir.
Modern.az bildirir ki, bu haqda müstəqil “Observatorio Venezolano de Violenda” təşkilatının hesabatında qeyd edilib. Bu, hərbi qarşıdurmanın getmədiyi ölkə üçün çox yüksək göstərici hesab edilir.
Təşkilatın məlumatına görə, bu il Venesuelada 28 min adam öldürülüb ki, 2014-cü illə müqayisədə təxminən 3 min çoxdur.
Venesuelanın rəsmi hakimiyyəti isə adı çəkilən təşkilatın cinayətkarlıqla bağlı məlumatlarını təkzib edir. Məmurların fikrincə, bu statistakının açıqlanmasında məqsəd ölkənin imicinə zərər vurmaqdır.
Modern.az