Modern.az

Yeni ilin ilk günündə Rusiya üçün dollar şoku

 Yeni ilin ilk günündə Rusiya üçün dollar şoku

Təhsil

31 Dekabr 2015, 22:59


2016-cı ilin birinci günündə Rusiyada dolların məzənnəsi rekord dərəcədə yüksək qiymətə dəyişdiriləcək. Modern.az saytı xəbər verir ki, bu barədə Anspress Rusiya Mərkəzi Bankına istinadən xəbər yayıb.

Mərkəzi Bankın 2016-cı il yanvarın 1-ə valyuta kurslarının açıqlamasında bildirilir ki, dolların məzənnəsi 72 rubl 93 qəpik təşkil edəcək. Beləliklə Rusiyada dolların qiymətində kəskin artımlar davam edir.

Bu gün məzənnə bir dollar 72 rubl 88 qəpik təşkil edir.

Dollar bu həddə ilk dəfə 17 il əvvəl, 1998-ci ildə olub. 2016-cı ilin ilk günündə avronun kursu 79 rubl 64 qəpik təşkil edəcək.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!