Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan vətəndaşlarının olub - olmaması məsələsini araşdırır. Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Birləşmiş Ərəb Əmirliklərinin əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.
“Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.
Ötən gecə dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə güclü yanğın baş verib. Yanğın 300 metr hündürlüyü olan “The Address” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib.
Xarici KİV-lərin məlumatına görə, yanğında 16 nəfər zərərçəkən olub: onlardan biri evakuasiya zamanı ürəktutmasından ölüb, qalanları müxtəlif dərəcəli xəsarət alaıblar.
Modern.az